Axtarış...

Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edib

Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edibErmənistanın paytaxtı Yerevan şəhərində, təxminən, 200 qadın uşaq arabası ilə Amulsar qızıl-filiz yatağının istifadəyə verilməsinə qarşı aksiya keçirir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, uşaq arabalarında üzərlərində "Amulsar dağdır, vəssəlam", "Yataqlarsız gələcək" yazılmış bannerlər var.

Etirazçılar Milli Assambleyanın binasına doğru hərəkət edərkən polis təhlükəsizlik tədbirləri çərçivəsində onlara əraziyə girməyi qadağan edib. Namayişçilərin bəziləri xəbərdarlıqlara məhəl qoymayaraq irəliləməyə çalışan zaman polis güc tətbiq edib və ərazini boşaldıb, bəzi etirazçılar isə saxlanılaraq polis bölməsinə aparılıb.

Aksiya ilə paralel olaraq, Ermənistan prezidentinin iqamətgahında baş nazir Nikol Paşinyan, Vayotsdzor vilayətinin qubernatoru, Cermuk şəhərinin meri, icma rəhbərləri və ekoloqların iştirakı ilə Amulsar yatağının istismarı ilə bağlı iclas keçirilib. Görüşün yekununda baş nazirin mətbuat katibi Vladimir Karapetyan jurnalistlərin qarşısına çıxaraq bildirib ki, iclas zamanı bütün yanaşmalar diqqətdən keçirilib, buna baxmayaraq, hökumət yatağın fəaliyyətini bərpa etməsini məqbul sayır.

Xatırladaq ki, bu günlərdə Ermənistan İstintaq Komitəsi "Advanced Resources Development" (ELARD) mütəxəssislərinin Amulsar barədə hesabatını dərc edib. Hesabatda 16 bəndin nəzərə alınacağı təqdirdə ekoloji risklərin idarə oluna biləcəyi göstərilib.



Şərh yaz