Axtarış...

Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?Biləsuvar rayon İsmətli kəndinin bir qrup sakini dövlət başçısı İlham Əliyevə müraciət edib. DİA.AZ bildirir ki, onlar şikayətləniblər ki, kənddə pambıq və həyətyanı sahələr susuzluqdan məhv olur.

İsmətli kəndinin dörd min əhalisi olduğunu bildirən müraciət müəllifləri qeyd ediblər ki, su əsasən əkin sahələri olan məmurların ixtiyarına verilir. Onların vurğulamasına görə, Biləsuvarda yüzlərlə hektar əkin sahələri olan məmurlar var. Müraciət müəllifləri, üstəlik, suyun qonşu rayonlara satıldığını da iddia ediblər.
Şikayətçilərin vurğulamasına görə, sadə vətəndaşlar isə pambıq sahələrini suvara bilmir. Onlar qeyd ediblər ki, “Cənub Muğan” kanalından çəkilən yeni kanalın kənd ərazisinə çatmasından ötrü 25 metrlik iri diametrli dəmir boruya ehtiyac var. Müraciətdə o da vurğulanıb ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq Biləsuvarda aidiyyatı qurumlar problemlərini həll etmirlər.


Daha çox xəbər

Şərh yaz