Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib



Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Qırğızıstan, Moldova və Yaponiya güləşçilərinə qalib gəlib. O, finalda Rusiya təmsilçisi Ənvər Allahyarovla üz-üzə gələcək. Final görüşü sabah keçiriləcək.
Bu gün mübarizəyə qoşulan Zaur Nuriyev (63 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində məğlub olub.
Qeyd edək ki, daha öncə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq), Abubakr Abakarov (79 kq) və Hacımurad Hacıyev (74 kq) mundialda bürünc medala sahib olub
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət