Axtarış...

"Qarabağ" cütün favoritidir" - "Linfild"in baş məşqçisi



“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Oyundan sonra onlara dedim ki, bu gecə qazandıqları qələbəyə biganə yanaşmasınlar”.

Qol.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili deyib.

O, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri şərh edib. Hili Ağdam təmsilçisinin cütün favoriti olduğunu bildirib:

“Bilirik ki, onlar favoritdir. Buna tam əminəm. Bizi Çempionlar Liqasının qrup mərhələsinə düşən, “Çelsi” kimi bir komanda ilə qarşılaşan güclü kollektiv ilə iki çətin oyun gözləyir. Onların Avrokubok təcrübəsi böyükdür. Bununla belə bizi hələ ki, bu oyun yox, qarşıdan gələn çempionat matçı daha çox maraqlandırır”.

Qeyd edək ki, “Qarabağ” "Linfild"də avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.



Şərh yaz