Axtarış...

“Liverpul”un bu oyunçusu Superkubokda oynamayacaq

İngiltərə “Liverpul” klubu UEFA Superkuboku öncəsi ciddi itki ilə üzləşib.

APA -nın məlumatına görə, baş məşqçi Yurgen Klopp əsas qapıçı Alisson Bekkerin xidmətindən məhrum olub.
Braziliyalı qapıçı İngiltərə Premyer Liqasının ilk turunun “Norviç”lə görüşündə (4:1) zədələnib. Birinci hissənin sonlarında qapıdan zərbə ilə topu oyuna daxil edərkən xəsarət alan qolkiper avqustun 14-də komandasına kömək edə bilməyəcək. O, Türkiyənin İstanbul şəhərində “Çelsi”yə qarşı keçiriləcək görüşü buraxmaq məcburiyyətində qalıb.



Şərh yaz