Axtarış...

Tahir Rzayev tənqid etdiyi Toliklə yan-yana



Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi layihələrin birində iştirak edən prodüsser Tarix Əliyev (Tolik) deputat Tahir Rzayevlə foto çəkdirib.
“Yeni Sabah” xəbər verir ki, o, deputatla fotosunu paylaşaraq bunları yazıb:
“Bu gün YAP-ın təşkil etdiyi tədbirdən. Tahir Rzayevi də gördüm. Bədii hissənin təşkilatçısı idim. Sağ olsunlar”.
Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Tahir Rzayev Tolik haqqında açıqlamaları ilə gündəmə gəlib. O, “Tolikin YAP-da nə işi var, bəlkə onun başı xarab olub…", - desə də, daha sonra bu sözlərini danıb.


Daha çox xəbər

Şərh yaz