Axtarış...

Klinika rəhbərini bıçaqlayan həkimi 7 ilədək həbs gözləyir



Xəbər verdiyimiz kimi, avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyev bıçaqlanıb. Araşdırma zamanı məlum olub ki, onu bıçaqlayan şəxs həmin klinikada həkim işləyən Pərviz İbrahimovdur. Belə ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə qanlı cinayətlə nəticələnib.
İlkin ehtimallara əsasən, P.İbrahimov klinikanın direktorunu onun barəsində səslədirdiyi nalayiq ifadələr səbəbindən bıçaqlayıb. Hazırda zərərçəkmiş şəxsin özəl klinikalardan birində həkim nəzarətində olduğu deyilir. Onun həyatı üçün təhlükə yoxdur.

Faktla əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan qanunvericiliyinə əsasən, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunan şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Daha çox xəbər

Şərh yaz