Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb



Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin dövlətçilik və mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən “Heydər Əliyev haqqında Oda” əsəri kitab şəklində nəşr olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət