Axtarış...

“Gəlib yeyirlər-içirlər, ciblərini də dollarla doldurub gedirlər” – Hafiz Hacıyev

“Gəlib yeyirlər-içirlər, ciblərini də dollarla doldurub gedirlər” – Hafiz Hacıyev

“Ancaq gərək Paşinyan Qarabağda yallı gedəndə, o dedikləri raketləri ataydılar, oraları yerlə-yeksan edəydilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsinin canlı yayımında səsləndirib.

Hafiz Hacıyevin sözlərinə görə, Azərbaycan sərhədlərini qanunsuz keçən və ölkəmizə meydan oxuyan Ermənistanın baş naziri Nikol Paşinyan bombalanmalı idi:

“İyirmi altı ildir, eyni vəziyyətdir. Sərhədlərimizi qanunsuz keçiblərsə, niyə onların başına od ələmirik? Bu, bizim hüququmuzdur. Onlar terrorçudur. Azərbaycan ərazisinə qanunsuz keşən Paşinyan bombalanmalı idi. Bundan ötrü kimdən icazə almalıyıq ki?

Bizim Xairici İşlər Nazirliyi də deyir ki, bu, demokratiyaya uyğun deyil. Ay nazir, bu neçə ildə bir iş görməyibsən, sən nədən danışırsan? Kimə işləyirsiz? Hansı dövlətə işləyirsiz?

ATƏT-in Minsk qrupuna arxayın olublar ki, torpaqlarımızı qaytaracaqlar. Onlar da gəlib, yeyirlər-içirlər, ciblərini də dollarla doldurub gedirlər. Ancaq gərək Paşinyan Qarabağda yallı gedəndə, o dedikləri raketləri ataydılar, oraları yerlə-yeksan edəydilər. Bundan sonra onlar bir də bizim torpaqlara ayaq basmazlar”.


Daha çox xəbər

Şərh yaz