Türkiyənin bir qrup hərbi qulluqçusu Azərbaycanda səfərdədir

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

İki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edən səfər çərçivəsində türkiyəli heyətin Bakı, Gəncə, Şəmkir, İsmayıllı və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib.
Qonaqlar ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, milli mətbəximizin yemək və şirniyyatlarından dadıblar.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət