Azərbaycanla Bosniya və Herseqovina elektrik enerjisinin tənzimlənməsi sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycanla Bosniya və Herseqovina elektrik enerjisinin tənzimlənməsi sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycan Bosniya və Herseqovina ilə elektrik enerjisinin tənzimlənməsi sahəsində əməkdaşlığı gücləndirəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundov Bosniya və Herseqovinanın Dövlət Elektrik Enerjisini Tənzimləmə Komissiyasının (SERC) rəhbəri Suad Jelkoviçlə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq enerji bazarındakı cari vəziyyət, xüsusilə elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması ilə bağlı məsələlər müzakirə edilib.

Elektrik enerjisinin tənzimlənməsi sahəsində ölkəsinin təcrübəsindən danışan S.Jelkoviç Bosniya və Herseqovina tənzimləyicisinin Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyəti (ECRB), Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA), Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyiciləri (MEDREG), Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyası (ICER) və Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) platformlarındakı fəaliyyətləri barədə məlumat verib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə elektrik enerjisinin tənzimlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət