Axtarış...

Sən də “Təbiətin dostu” ol

Sən də “Təbiətin dostu” olEkologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib. Bunu jurnalistlərə Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib. O qeyd edib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə 31 iyul 2019-cu il tarixində “Təbiətin dostu” adlı emblemlər təqdim olunub.

Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir.

“Təbiətin dostu” olmaq istəyən hər bir kəs mənimlə, bu nömrə ilə (012) 538 15 21 əlaqə saxlaya bilər.



Şərh yaz