Rusiyada meşə yanğınlarının sahəsi üç milyon hektara çatıb



“Uzun müddətdir davam edən quru hava şəraiti Sibirdə meşə yanğınlarının sahəsinin artmasına səbəb olub”.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sergey Abanin deyib.

O bildirib ki, bundan əlavə, yanğınların söndürülməsi üçün aktiv tədbirlərin görülməməsi də meşə yanğınlarının sahəsinin artmasına gətirib çıxarıb.

Rusiyanın Baş Naziri Dmitri Medvedev Baş Prokurorluğa və İstintaq Komitəsinə Sibirdəki meşələrin qəsdən yandırılması ilə bağlı ehtimalların müəyyənləşdirilməsi üçün istintaq tədbirlərinin başladılması barədə tapşırıq verib. Baş Nazir yanğın baş verən ərazilərə yaxın yerləşən yaşayış məntəqələrində havadakı zərərli maddələrin tərkibinin və yerli sakinlərin sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması barədə də göstəriş verib.

Prezident Vladimir Putin isə Sibir və Uzaq Şərqdə baş verən yanğınların söndürülməsinə ordu qüvvələrinin cəlb olunması ilə bağlı qərar verib.

31 iyul tarixinədək Rusiyada meşə yanğınlarının ümumi sahəsi üç milyon hektara çatıb. Beş bölgədə fövqəladə vəziyyət elan olunub. İrkutsk və Krasnoyarsk bölgəsində vəziyyətin daha ağır olduğu bildirilir.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət