Axtarış...

Bir nəfəri öldürən infeksiya Azərbaycana yayıla bilər - Təcili araşdırma aparılmalıdır



Xəbər verdiyimiz kimi bu gün Sabirabadda iki nəfər qara yara xəstəliyinə yoluxub. Xəstəliyə yoluxanlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az-a danışan tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirib ki, bu, təhlükəli infeksion xəstəlikdir.

“O qədər təhlükəli infeksiyadır ki, hətta vəhşi heyvanlarda olduğu zaman onların ölümünə belə səbəb olur.

Baş vermiş hadisə artıq baytarlıq sahəsinə bir həyacan siqnalıdır. Çünki xəstələyin yayılması ehtimalı ola bilər. Kənd təsərrüfatı və vəhşi heyvanların kütləvi şəkildə sıradan çıxmasının, insanların zərər görməsinin qarşısını almaq üçün bu hadisə lokallaşdırılmalıdır”.

Qara yara xəstəliyinin dərinin, limfa düyünlərinin, ağ ciyərlərin, bağırsaqların zədələnməsinə səbəb olduğunu deyən mütəxəssis qeyd edib ki, əksəriyyət zaman bu infeksiya letal nəticələrə gətirib çıxarır.

Adil Qeybulla əlavə edib ki, qarşıdan Qurban bayramı gəldiyi üçün bu hadisə dərhal araşdırılmalıdır:

“Bu hadisə təkrarlana bilər. İnfeksiyanın mənbəyi iribuynuzlu heyvanlardır. Kənardan gətirilən heyvanlarda da bu xəstəlik ola bilər. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır. Tədbir görülməsə, yayıla bilər. Bu da xeyli insan və heyvan tələfatı ilə nəticələnə bilər”.


Daha çox xəbər

Şərh yaz