Axtarış...

Sabirabadda qara yara xəstəliyi yayıldı - 60 yaşlı kişi öldü



Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən Anews.az-a daxil olan məlumata görə, öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb.
Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər.

İyul ayının 25i xəstələr ağır vəziyyətdə KTM-ə yerləşdiriliblər. İyul ayının 29 Xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hal hazırda ikinci xəstənin müalicəsi davam edir.
Qeyd edək ki, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Sözügedən xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnməyib.



Şərh yaz