Axtarış...

Turistlərin sayının azalması larinin ucuzlaşmasına səbəb olub - Gürcüstan Milli Bankı

Turistlərin sayının azalması larinin ucuzlaşmasına səbəb olub - Gürcüstan Milli Bankı

“Gürcüstan milli valyutasının dəyərdən düşməsi xarici şok, xüsusən də turistlərin sayının azalması ilə bağlıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, bu il Gürcüstana ötən illə müqayisədə az sayda turist gəlib:

“Bu, əlbəttə ki, milli valyutanın məzənnəsinə təsir edir. Gürcüstan bir dəfə bu cür şoku 2014-2016-cı illərdə yaşayıb. Lakin hətta o zaman iqtisadi artım dayanmayıb və işsizliyin səviyyəsi artmayıb”.

K. Qvenetadze deyib ki, Milli Bankın vəziyyətə təsir vasitələri var və onlardan larinin devalivasiyası inflyasiyanın artmasına səbəb olsa, istifadə olunacaq. O qeyd edib ki, indiki vəziyyətdə valyuta intervensiyaları planlaşdırılmır.


Daha çox xəbər

Şərh yaz