Axtarış...

"Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bütün əmlakı müsadirə edilməklə tam heyətdə həbs edilməlidir..." - QHT sədrindən TƏLƏB

"Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bütün əmlakı müsadirə edilməklə tam heyətdə həbs edilməlidir..." - QHT sədrindən TƏLƏB

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış jurnalist Elçin Bayramlı sosial şəbəkədə Kənd Təsəsrrüfatı Nazirliyinin fəaliyyətini kəskin tənqid edib...

“Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı postunda Elçin Bayramlı bazar-dükanda kənd təsərrfatı mallarının bahalığına görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyini ittiham edib. Həmçinin qida eksperti kimi də tanınan tanınmış jurnakist ölkənin aqrar sahəsini biabırçılıq adlandırıb.

PİA.az Elçin Bayramlının həmin statusunu olduğu kimi təqdim edir:

“Aqrar sahədəki biabırçılıqlara və bazar-dükandakı dəhşətli bahalığa görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bütün əmlakı müsadirə edilməklə tam heyətdə həbs edilməlidir”.

Qeyd edək ki, bu il mövsüm meyvələri bazarlarda çox baha satışa çıxarılır və buna görə bir çox ekspertlər Kənd Təsərrüfatı naziri İnam Kərimovu günahlandırır və hesab edirlər ki, bazarlarda qiymətlərin həddən artıq yüksək olmasına səbəb nazirlik rəhbərliyinin bu sahədə təcrübəsizliyi və səriştəsizliyi ilə bağlıdır. (PİA.az)


Daha çox xəbər

Şərh yaz