Axtarış...

Gömrük Komitəsi və Vergilər Nazirliyinin ƏDV ödəmələrinin görünməyən tərəfləri - ARAŞDIRMA



Mks saytının eksperti Anar Bayramov Hesablama Palatasının ƏDV sahəsində vahid inzibatçılıq modelinin tətbiqi təklifini dəyərləndirir.

Millitv.az Mks.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Gömrük Komitəsinin ƏDV dövlət büdcəsinin gəlirlərində xüsusi payının kəskin artdığını bildirib: “ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir. 2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4%-ə enmiş, Komitənin payı isə artaraq 54,6%-ə yüksəlib”.

Vüqar Gülməmmədov hesab edir ki, ƏDV ilə bağlı tendensiyanın bu cür dəyişməsi risk yaradır: "Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyl idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir”.

Hesablama Palatası sədrinn təqdim etdiyi rəqəmlərən göründüyü kimi, gömrük orqanları ƏDV planının icrası sahəsində vergi orqanlarından daha yüksək nəticə göstərməkdə davam edirlər. Mks.az saytının eksperti Anar Bayramovun fikrincə, bu tendensiyanın bir neçə səbəbi var. Ekspert səbəbləri aşağıdakı kimi sıralayıb:

“1) Son dövrlər idxal olunan mallarla bağlı gömrük islahatlarının həyata keçirilməsi.

Prezidentin sərəncamı ilə 13 aprel 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Səfər Mehdiyev təyin edilib. Səfər Mehdiyevin rəhbərliyi dövründə idxal olunan malların gömrük rüsumu, o cümlədən ƏDV-yə cəlb olunması sahəsində ciddi islahatlar həyata keçirilib. Qeyd edək ki, ƏDV-dən azad olunan mallar istisna olmaqla, digər malların sahibkarlıq məqsədləri üçün idxalı zamanı ƏDV tətbiq edilir. Bu zaman idxal əməliyyatını həyata keçirən şəxsin ƏDV, mənfəət (gəlir) və ya sadələşdirilmiş vergi ödəyici olmasının əhəmiyyəti yoxdur, onlar idxal zamanı ƏDV ödəyirlər. Və yanlız ƏDV ödəyiciləri ödənilən ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. Malların gömrük rüsumu və ƏDV-yə cəlb olunması prossesi hətta o qədər sərtləşdirilib ki, gömrük orqanları əksər hallarda vətəndaşların istehlak məqsədilə ölkəyə gətirdiyi malların sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal olunduğunu iddia edir. Gömrük orqanları bəyan edir ki, istənilən şəxs eyni maldan 2-dən artıq gətirsə, artıq mal gömrük rüsumuna cəlb olunacaq. Qeyd etdiyimiz səbəblərdən gömrük orqanlarına ödənilən ƏDV-nin məbləği kifayət qədər artmağa başladı.

2) İdxal olunan mallarda invoys və statistik dəyərin fərqləndirilməsi.

Əgər malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini — «D», aksiz vergisini — «A», gömrük rüsumlarını — «R», qüvvədə olan vergi dərəcəsini isə — «V» hərfi ilə işarə etsək, onda gömrük qanunvericiliyinə uyğun olaraq ƏDVnin məbləği aşağıdakı qaydada hesablanmalıdır: ƏDV = (D + A + R) x V/100

Göründüyü kimi, ƏDV sırf malların dəyərindən yox, həmin malların gömrük dəyəri, aksiz vergisi və gömrük rüsumlarının cəmindən hesablanır. Nəzərə alsaq ki, gömrük orqanlarında malların invoys, yox statistik dəyəri əsas götülürlür. Gömrük orqanları tərəfindən statistik dəyər hesablanarkən invoys dəyərinin üzərinə daşınma xərci də əlavə edilir. Bundan əlavə, gömrük orqanın hüququ var ki, malların gömrük dəyəri müəyyənləşdirilkən invoys dəyərinə müdaxilə etsin. Qanunvericiliyə əsasə, gömrük dəyərinin müəyyən olunması müəyyən üsullar (malların sövdələşmə ,eyni və ya eynicinsli malların sövdələşmə qiyməti və s.) tətbiq olunur. Ən çox istifadə olunan malların sövdələşmə qiyməti üsuludur. Misal üçün, “A” MMC Türkiyədən köynək idxal edir və köynəyin qiyməti 10 manat təşkil edir. Amma gömrük orqanları müəyyən edir ki, bu tip köynəklərin qiyməti 10 yox, 15 manatdır. Bu zaman artıq ƏDV-nin hesablanması zamanı malların gömrük dəyəri olaraq 15 manat əsas götürülür

3) Gömrükdə ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində vergi orqanına ödəniləcək ƏDV məbləğinin azadılması.

Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi zamanı vergi qanunvericiliyinə uyğun olaraq hesabat dövrü ərzində malların idxalı zamanı ödənilən ƏDV nəzərə alınır.

Misal üçün, “A” MMC Türkiyədən geyim malları idxal edərkən, gömrük orqanlarına 13 000 manat ƏDV ödəyib. Artıq bu malları ölkəmizdə satışını həyata keçirərək gömrük orqanlarına ödənilən ƏDV məbləğini çıxdıdan sonra qalan məbləğdən vergini ödəyəcək. Gömrük orqanlarında malların invoys dəyərində artım olduqda isə, təbii ki, əvəzləşdiriləcək ƏDV məbləği də artacaq. Misalın davamı olaraq bildirək ki, “A” MMC –nin təqdim etdiyi sənədlərə əsasən bir malın invoys dəyəri 5 manatdır, amma gömrük orqanları 8 manat nəzərə almaqla ƏDV hesablayıb. Bu proseslərdən sonra “A” MMC hesablayır ki, daşınma xərcləri, gömrük rüsumları və s. xərclər nəzərə alınmaqla bir malın maya dəyəri 6,50 manat təşkil edir. Bu zaman həmin malı 7,50 manata satdığı halda vergi orqanına hər hansı ƏDV ödənişi həyata keçirməyəcək. Cünki gömrük orqanında ödədiyi ƏDV məbləği satılan mallar üzrə hesablanan ƏDV məbləğindən az təşkil etdiyi üçün vergi ödəyicisinin artıq büdcəyə ödəniş öhdəliyi yox, artıq ödəməsi yaranacaq. Bu zaman vergi ödəyicisi artıq ödəmənin geri qaytarılması ilə bağlı vergi orqanına müraciət edir və həmin ƏDV-nin vergi orqanları tərəfindən geri qaytarılması ƏDV planına da təsir edir.

Gömrük orqanına ödənilən ƏDV üzrə xüsusi çəkisinin artmasına digər səbəb kimi, bəzi idxal mallarının ƏDV-dən azad olunması müddətinin başa çatmasını da göstərimək olar."

Mks.az saytı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun əlavə dəyər vergisi üzrə vahid inzibatçılıq modelinin tətbiqi təklifini dəstəkləyir və hesab edir ki, bu modelin tətbiqi vergi ödəyicilərinin ƏDV ilə bağlı prosesləri bir qurumla aparmasına imkan verəcək ki, bu da əlavə vaxt itkisinin azalmasına səbəb olacaq.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.


Daha çox xəbər

Şərh yaz