Axtarış...

Həftənin hansı günü qadınlar daha çirkin görünür? - Ekspert açıqladı



Böyük Britaniya alimləri yeni araşdırmanın nəticələrini açıqlayıblar.

Ölkə.az bildirir ki, nəticələrə əsasən, qadınlar çərşənbə günü nahardan sonra çox pis görünürlər. Alimlər bunu həftə sonu baş tutan istirahət və həftənin əvvəli yaranan streslə izah edirlər.

İngiltərədə qadınların 46 faizi həftə sonları spirtli içki qəbul edirlər. Buna görə də bazar ertəsi çətinliklə işləyirlər. Başlayan stres isə çərşənbə günü pik nöqtəsinə çatır.

Psixoloqlar bildirirlər ki, bazar ertəsinin ağır gün olduğu sadəcə mifdir. Tədqiqat sübut edib ki, həftənin ortası, yəni çərşənbə günü daha ağır keçir. Bazar ertəsi biz uyğunlaşırıq, Çərşənbə axşamı tam gücümüzlə çalışırıq və çərşənbə günü depresiya başlayır: "Şənbə gününə qədər sağ qalacammı?"

Depresiyaya düşən qadın kosmetikaya həvəsini itirir. Bu isə dərhal nəzərə çarpır. Cümə axşamı isə vəziyyət yaxşılaşır. Çünki üfüqdə artıq istirahət günləri görünür. Artıq istirahətə hazırlıq başlayır və qadın özünə fikir verir, gözəlləşir.



Şərh yaz