Axtarış...

Üzərinə "halal" yazılan kolbasanın içindən çıxanı görüb şok oldu - FOTO



Dünən gecə Əhmədlidəki "Bravo"dan aldığımız kolbasanın vəziyyəti. Qoxudan yanında dayanmaq olmurdu. Yeniavaz.com xəbər verir ki, bu sözləri aldığı kolbasanın fotolarını sosial şəbəkələrdə paylaşan Abbas Həsənli adlı vətəndaş yazıb. O, fikirlərini bu cür davam etdirib: "Mən hətta diqqətsizlikdən bunun "Halal Nemət 1000 Bərəkət" məhsulu olduğunu düşünürdüm sonra evdə baxdım ki ümumiyyətlə adını eşitmədiyim bir şirkətin məhsuludur. Adətən aldığım məhsulların son istifadə tarixini yoxlayıram amma bunu yoxlamamış almışdıq və məhsulun üstündə "istehsal tarixi"nin qabağında ümumiyyətlə tarix yazılmamışdı. Tarix yalnızca üstündə qiymət yazılan "Bravo"ya məxsus etiketdə yazılmışdı, onun da istehsal gününü bildirdiyinə heç inanmağım gəlmir. Aldıqdan yarım saat sonra "Bravo"ya qayıdıb məhsulu qaytardıq və şikayət etdik. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə də şikayət edəcəyəm.

Üzərinə "halal" yazılan kolbasanın içindən çıxanı görüb şok oldu - FOTO


Daha çox xəbər

Şərh yaz