Axtarış...

Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəyə gəlib

Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəyə gəlibTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gədəbəy rayonuna gəlib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, B.Ərdoğan Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı” iştirak edir.

Xatırladaq ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda "Milli Yaylaq Festivalı" keçirilir.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.



Şərh yaz