Axtarış...

AAYDA-dan sərt cavab: Bu “dirəkli yol” hardadır? - FOTO

AAYDA-dan sərt cavab: Bu “dirəkli yol” hardadır? - FOTO

Ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında təəssüflər olsun ki, yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan, dövlətin gördüyü işlərə, əhalinin sosial rifah halına müsbət mənada təsir edəcək sosial-infrastruktur layihələrinə kölgə salacaq məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, TURAN İnformasiya Agentliyinin yaydığı, daha sonra isə başqa müxalifyönlü xəbər saytlarının da tirajladığı məlumatda qeyd olunur ki, guya Şəki rayonunun Üzümçülük kəndində asfalt yolu iki elektrik dirəyinin arasından çəkilib və bununla bağlı başqa ölkədə çəkilən bir foto paylaşılıb:

“Nədənsə həmişə demokratiyadan və düzgünlükdən dəm vuran həmin insanlar və onların təmsil etdikləri saytlar bu informasiyanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa belə cəhd etməyiblər. Təbii ki, yaydıqları informasiyanın qeyri-səhih, qərəzli olduğunu bildikləri üçün belə ediblər. Bunu etməkdə isə bir məqsədləri olub - vətəndaşlar arasında çaşqınlıq yaratmaqla yenə də antiazərbaycan qüvvələrinin ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi apardıqları çirkin oyuna dəstək verməkdir. Bu və bu kimi məlumatları yayan insanların sosial şəbəkələrdəki səhifələrinə, onların təmsil etdikləri xəbər saytlarına nəzər yetirdikdə bunu əyani şəkildə görmək mümkündür.

Amma buna baxmayaraq, yenə də AAYDA olaraq biz məlumatı dəqiqləşdirməmiş yayan, bununla da “Jurnalistlərin Peşə Davranış Qaydaları”nı və Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərini pozmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət daşıyan həmin insanlara və onların təmsil etdikləri xəbər saytlarına rəsmi olaraq bildiririk ki, nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunu digər kəndlərində və ümumiyyətlə Azərbaycanda belə bir yol var”.

Agentliyin məlumatında həmçinin qeyd olunub ki, bunun ardınca sözügedən xəbər saytlarında Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib:

“Bununla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa, aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır.

Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya labarator şəraitdə yoxlamaq mümkündür.

AAYDA olaraq bu cür yalan və qərəzli məlumatları yayan şəxslərdən xahiş edirik ki, yazılanları nəzərə alsınlar və bundan sonra vətəndaşlar arasında çaşqınlıq yaratmaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi aparılan çirkin oyuna dəstək verməmişdən öncə məlumatları dəqiqləşdirsinlər”.

Qeyd edək ki, ötən gün TURAN İnformasiya Agentliyi Şəki rayonunun Üzümçülük kəndində iki elektrik dirəyinin arasından yol çəkilməsi ilə bağlı məlumat paylaşıb.


Daha çox xəbər

Şərh yaz