Axtarış...

Tarixin Ibrət Dərsləri

Şanlı müsəlman tarixinin ən şanlı dövrünə rəhbərlik etmiş şəxsin babası Azərbaycan Respublikasinin Qusar rayonununun Həzrə kəndində dəfn olunub.



Qusar rayonu qədim tariximizi əks etdirən abidələrlə zəngin bölgələrimizdən biridir. Burada hər addımda tarixin müxtəlif səhifələrindən müəyyən izlərə rast gəlmək mümkündür. Rayonun Həzrə kəndində isə Azərbaycanın şanlı tarixinə öz damğasını vurmuş Səfəvilər dövlərinə aid qiymətli türbə yerləşir. Sözügedən türbədə Səfəvilər dövlətinin banisi olan Şah İsmayıl Xətainin babası Şeyx Cüneyd dəfn edilib. Şeyx Cüneyd türbəsi bölgə sakinləri tərəfindən uzun illərdir ziyarətgaha çevrilib. Tarixi mənbələrdə ilk dəfə siyasətə meyl edən, Səfəvi mürşidi olmuş Şeyx Cüneydin Şirvana hücumları və 1460-cı ildə hazırkı Qusar rayonu ərazisində şəhid olması, müridləri tərəfindən o ərazidə dəfn olunması haqqında məlumatlar var. Türbə isə Səfəvi dövləti Şirvanı özünə tabe etdikdən sonra, 1554-cü ildə tikilib.


Hazırda Qusarda Şeyx Cüneyd türbəsi haqqında müxtəlif söhbətlər dolaşır.Türbənin nəzarətçisi Məhbubə Kərimova "Sputnik Azərbaycan"nın bölgə müxbiri ilə söhbətində məzarın tikilməsi haqda maraqlı rəvayət danışıb. Deyilənə görə, Şeyx Cüneyd hələ döyüşdən əvvəl müridlərinə həlak olarsa, nəşinin dəvənin üstünə qoyulmasını və dəvə harda otursa, həmin yerdə dəfn edilməsini vəsiyyət edib. Döyüşdə şəhid olan Seyxin müridləri onun vəsiyyətinə əməl edərək nəşini dəvənin üstünə qoyurlar. Dəvənin ilk dayandığı yer isə Həzrə kəndi ərazisindəki meşəlik olur. Lakin müridlər seyxlərini orda dəfn etmək istəməyib aparmaq qərarına gəlirlər. Yola düzələn müridlər növbəti dayandıqları düşərgədə gecələyr, amma səhər yuxudan oyandıqda dəvəni tapa bilmirlər. Dəvəni axtarıb Həzrə kəndinin ərazisində tapırlar. Yenidən heyvanı özləri ilə aparırlar. Ancaq hadisə dəfələrlə təkrarlanır və dəvə yenidən kəndə qayıdır. Müridlər başa düşürlər ki, bu ərazidə bir sirr var. Bundan sonra Şeyx Cüneyd vəsiyyətinə uyğun olaraq həmin yerdə dəfn edilir.


Şeyx Çüneyd türbəsi XVI əsrdə tikilsə də sonradan bir sıra dəyişikliklərə məruz qalıb. Sonralar ona bitişik məscid tikilməsi və damının üstünün dəyişdirilməsi nəticəsində türbə ilkin görkəmini dəyişib. Türbənin içərisi isə tikildiyi vaxt olduğu kimi qaldığı üçün daha maraqlıdır. Burada hər şeydən əvvəl günbəzə keçid təşkil edən stalaktitlərin məharətlə həlli diqqəti cəlb edir. Ziyarətgahın daxili divarları 2 metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür. Bu tarixi abidə həm mədrəsə, həm məscid , həm də ziyarətgah hesab olunur. Türbənin ikinci mərtəbəsi mədrəsə olub. Türkiyədən gələn iki din alimi uzun müddət türbədə kənd sakinlərinə dini təhsil veriblər və öz vəsiyyətlərinə uyğun olaraq orada dəfn ediliblər. Onların məzarları hazırda türbənin həyətindədir. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis tərtibatla işlənmiş şəbəkəli çərçivə içərisinə alınmaqla üzərində minbər qurulub. Bu tikili türbə olmaqla yanaşı, insanların inam yeri, ümid ocağıdır. Bu bölgənin əhalisinin əksəriyyətini ləzgilər təşkil edir. Olduqca qonaqpərvər olan ləzgi əhalisinin sünni təriqətinə mənsub olmasına rəğmən, Şeyx Cüneydə və onun ovladlarına olan böyük sevgisi, ehtiramı təqdirəlayiqdir. Uzun əsrlər boyu Şeyx Cüneyd türbəsinə sevə-sevə qulluq etmələri, bu türbəni ziyarətgaha çevirmələri bir daha göstərir ki, müsəlmanlar arasına sinni-siə ayırımçılığı salmaq istəyən məkrli antiİslam qüvvələr heç vaxt öz məqsədlərinə çatmayacaq, bu qırılmaz qardaşlıq tellərini ayıra bilməyəcəklər.


Məhbubə Kərimovanın sözlərinə görə, türbənin yerləşdiyi Həzrə kəndi ilə yanaşı, yaxın kəndlərin əhalisi də bu muqəddəs ocağı zəyarət etməyə gəlirlər. Yay aylarında bura turistlərin də gəldiyini bildirən nəzərətçi türbəyə daha çox turist cəlb etməyin mümkünlüyünü qeyd edib. Bu yaxında Azərbaycan Ordusu günü münasibətilə 100-dən çox gənc türbəni ziyarət edərək burda abadlıq işləri görüblər.


Şah İsmayılın babası Şeyx Cüneydin bir arzusu var idi-təriqətindən, məzhəbindən asılı olmayaraq müsəlmanlar arasında birlik yaratmaq. Onun mübarizəsi dini fərqli icmaların məzhəb ayırıcı çıxışlarından xeyli uzaqda dururdu. Unutmayaq ki, Azərbaycan Respublikasının Qusar rayonu və onun ətraf kənclərinin əhalisi əsasən ləzgilərdən ibarətdir. Əhalisinin 90% sünnülər olan ləzgi, avar,saxur və s. millətlərdən olan kəndlərin sakinləri Şeyx Cüneydin dəfn edildiyi türbəni uzun müddətdir ki,ziyarətgaha çeviriblər.


Tarixin Ibrət Dərsləri


Bu türbəni Simali Qafqazdan, Dağıstandan gələn yüzlərlə insan da ziyarət edir. Çöx təəssüf ki, ölkəmizin bəzi sünni təriqətli alimləri Şah İsmayılı şiəliyi yayan, onu zorla Azərbaycan xalqına qəbul etdirən işğalçı hökmdar kimi təqdim etməyə çalışırlar. Necə deyərlər şiəliyə çamur atmaqla həqiqətləri gizlədəcəklərini zənn edirlər. Əlləri Səudiyyə Ərəbistanının, nurçuların ətəyində olan bəzi dirnağarası alimlərdən fərqli mövqe gözləmək də mümkün deyil. Bu alimlər heç olmasa bir dəfə yollarını həmin Həzrə kəndindən salsalar pis olmazdı. Nahaq yerə demirlər ki, qulaqla eşitməkdənsə, gözlə görmək daha yaxşıdır. Sünni-şiə qarşıdurması yaratmaq, Azərbaycan Respublikasının müstəqilliyini əlindən almaq və onu Türkiyənin tərkibində konfederasiya formasında görmək istəyənlərin arzuları bir nağıl-xəyal olaraq ürəklərində qalacaq. Bu "alimlər" unutmasınlar ki, Seyx Cüneyd, Şeyx Səfi, Şah İsmayıl uzaqgörən alim və sərkərdələr idilər. Onlar bilirdilər ki, bir neçə əsrdən sonra dünyanın gedişatı dəyişəcək. Rusiya güclənəcək, Şimali və cənubi Qafqazı fəth edəcək, işğal etdiyi torpaqlarda xristian dövlətləri yaradaraq onlarla birgə bütün Qafqazda müsəlmanların başı üzərində Domokl qılıncına çevriləcək. Tarix bunu cəmi 3 əsr sonra sübut etdi. "Gülüstan" və "Türkmənçay"adlanan qondarma sülh müqavilələri isə buna misal ola bilər. Bu gün Şah İsmayılın etdiyi misilsiz işlərə kölgə salan, bu möhtəşəm şəxsiyyətin adını qaralamağa çalışanlar da məhz İslam birliyini zəiflətmək istəyənlərdi.



Araşdırmaçı Jurnalist
Mirzəağa Məmmədli


Daha çox xəbər

Şərh yaz