Ailə qurmaq vədi ilə kişiləri aldadıb 2 milyon pulu ələ keçirdilər - Foto



Ailə qurmaq vədi ilə kişiləri aldadıb çoxlu miqdarda pulu ələ keçirən dəstə polis tərəfindən saxlanılıb.

Millitv.az "Hürriyet"ə istinadən bildirir ki, hadisə Türkiyənin Hatay şəhərində baş verib.

Araşdırmalar zamanı məlum olub ki, 5 nəfərdən ibarət qrupun üzvlərindən biri kişilərə evlilik vədi verir, digərləri isə onun qohumu roluna bürünürmüş. Daha sonra onlar qızıl və toy üçün digər ehtiyaclarını təmin etmək adı ilə qarşı tərəfdən pul tələb edirmişlər. Dəstənin bu yolla indiyə kimi 2 milyon lirə (təxminən yarım milyon manat) pulu ələ keçirdiyi məlum olub.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət