Axtarış...

Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı



Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Nəsimi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.
Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.
Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.



Şərh yaz