Axtarış...

Ulu Öndər Heydər Əliyevin Siyasi Kursuna Daima Sadiq Olan İdmancı Cəsarət Əhmədov



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovdur.

“Allaha inam, Vətənə sevgi, Xalqa xidmət, Ölkə Prezidentinə sədaqət!” – Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunduğu ilk gündən, federasiyanın prezidenti Cəsarət Əhmədov məhz bu şüarı öz fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Milli vətənpərvərlik və dövlətçiliyimizə sədaqət prinsiplərini hər zaman əldə rəhbər tutan Cəsarət Əhmədov rəhbərlik etdiyi kollektivi və federasiyanın ətrafında birləşən idmançıları da ilk növbədə məhz bu amalların daşıyıcıları olmağa çağırır. Xarici ölkələrə etdiyi səfərlər zamanı qatıldığı beynəlxalq tədbirlərdə də AQGF prezidenti hər zaman Azərbaycan dövlətçiliyinin təbliğini diqqət mərkəzində saxlayır. Bu məqsədlə Cəsarət Əhmədov öz çıxışlarında ölkəmizdə idmanın inkişafınagöstərilən dövlət qayğısını, bu sahədə ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər və idman siyasətini daim bir örnək olaraq önə çəkir.

Cəsarət Əhmədovun fəaliyyətində diqqəti cəlb edən məqamlardan biri də budur ki, o, hər zaman gənc idmançıların təlim tərbiyyəsi işində dini dəyərlərimizin, islami keyfiyyətlərin qorunmasına çalışır. AQGF prezidenti deyir ki, güc Allahın öz sevimli bəndələrinə bəxş etdiyi çoxsaylı nemətlərdən biridir. Təsadüfi deyildir ki, Məhəmməd Əli, Mayk Tayson və bir çox digər dünya şöhrətli idmançılar da öz karyeralarının zirvəsində olduqları zaman islamı qəbul etmişlər. Allahın aslanı kimi tanınan Həzrət Əlinin (ə.s.) isə bəşər tarixində ən güclü insan olduğu hətta qərb tarixçiləri və alimləri tərəfindən etiraf edilir. Məhəmməd peyğəmbər (s.ə.s.) insanlara aşılanmalı olan Vətən sevgisinə dair belə buyurmuşdur: “İnsanların ən yaxşısı odur ki, cəmiyyətə və xalqına fayda verir”.Bu gün Azərbaycan Qol Güləşi Federasiyasına cəlb olunan vətənpərvər, millətini və dövlətini sevən, imanlı gənclərin sayı durmadan artır. Cəsarət Əhmədovun bu gənclər qarşısında irəli sürdüyü ən önəmli tələb isə onların hər zaman ölkə prezidentin ətrafında daha sıx birləşmələri, Vətənimizin və dövlətimizin mənafeyləri naminə hər an səfərbərliyə hazır olmalarıdır.

Cəsarət Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.Heç bir qüvvə Cəsarət Əhmədovu heç vaxt əqidəsindən döndərə bilməz. Cəsarət Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!




Cəsarət Əhmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Cəsarət Əhmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Cəsarət Əhmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Cəsarət Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Cəsarət Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Ona etibar edilən bütün işlərdə Cəsarət Əhmədov özünü doğruldub. Bizdə hörmətli Cəsarət Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
.





MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz