Axtarış...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıbIcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb.

DİA.AZ-a qurumdan daxil olan məlumatda deyilir ki, araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.

Qeyd edək ki, hazırda cinayət işi açılıb. Hüquq mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.


Daha çox xəbər

Şərh yaz