Axtarış...

Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ

Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

Millitv.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

Sözügedən təyinat xəbərini Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olarkən, Ş.Cavadov şəhər təsərrüfatı üzrə onun müavini olub. Həmçinin Qüdrət Şükürov Bakı Lift İdarəsinin baş direktoru vəzifəsini icra edərkən öz müavini Ruslan Eyvaz oğlu Dilanovu işdən çıxarmışdı. O vaxtdan həmin vəzifə vakant idi.



Şərh yaz