Axtarış...

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY

Doğulduğu gündən uşaq evində böyüyən ikinci qrup gözdən əlil Abdullayev Əli Hüseyn oğlu, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan “Məzun Evi” Sosial Müəssisəsindən mənzil haqqını tələb etsə də, nəticələr cavabsız qalır.

Yeniavaz.com-a müraciət edən Abdullayev Əli bildirir ki, dəfələrlə adiyyatı qurumlara müraciət etsə də onu mənzillə təmin etmirlər.

1988-ci ildə Bakı şəhərində anadan olan həmsöhbətimiz valideynlərini itirdikdən sonra 17 il 3 saylı uşaq evində yaşayıb. 18 yaşından etibarən azad yaşayışa çıxsa da, yaşamaq üçün məzili olmadığından 2016-cı ildən etibarən, Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün yaradılmış "Məzun evi" Sosial Müəssisəsisəyə müaraciət etsə də onun mənzillə təmin etmirlər: “5 ildir küçələrdə yaşayıram. 2015-ci ildə bildim ki, “Məzun ev”ləri bizim kimi kiməsiz uşaqlar üçün tikilib, istifadəyə verilib. Məndə 2016-cı ildən başladım lazımi sənədləri yığmağa. Sənədləri hazırlayıb təqdim etdim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Ordan bildirdilər ki, gec müraciət etdiyinə görə, səni ikinci bina hazır olduqdan sonra ora yerləşdirəcik”.

1-2 il keçdikdən sonra ikinci binanın açıldığını deyən şikayətçi, yenidən müraciət etməyinə baxmayaraq ona mənzil vermədiklərini bildirib: “İkinci binadan da ev vermədilər. Mənə dedilər ki, üçüncü bina açılsın ora yerləşdirəcik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də, müsbət cavab ala bilmirəm”.


Daha çox xəbər

Şərh yaz