Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün



Ermənistanın Səhiyyə naziri Arsen Torosyan ölkədəki enerji defisiti ilə bağlı xalqa müraciət edib.

Axar.az xəbər verir ki, Torosyan mesajını öz Feysbuk səhifəsində paylaşıb.

“Ölkədə ciddi elektrik enerjisi defisiti var. Xahiş edirəm ki, vacib müəssisələrin işləməsinə enerji çatması üçün elektrik enerjisinə maksimum qənaət edəsiniz. Kondisionerləriniz, artıq yanan lampaları və s. söndürün” – deyə o bildirib.

Ermənistan Təhsil və Mədəniyyət naziri Araik Arutyun da oxşar bəyanatla çıxış edib.

Qeyd edək ki, İrəvan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokundakı qəzalar səbəbindən Ermənistanda elektrik enerjisi kəsilib.
Oxşar xəbərlər
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət