Axtarış...

Fövqəladə Hallar Nazirliyi Masallıdakı qəza barədə məlumat YAYDI



Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Modern.az xəbər verir ki. nazirliyin məlumatına görə, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və "KamAZ" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Şərh yaz