Təranə ilə Rəqsanə arasında qalmaqal alovlandı: "Kaş həbsində əlim olardı"



Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasındakı qalmaqal yenidən alovlanıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb Təranənin "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi açıqlama olub.

Təranə "Hansı ifaçı zövqsüz geyinir" sualına belə cavab verib:

"Mənim üçün Rəqsanə. Onunla işləyəndə həsəd aparırdım. Çox zövqsüz idi. Başladı "madalyerlərlə" işləməyə. Oğurlayırdı "madalyerlərdən", başlayırdı zövqlü geyinməyə".

Rəqsanənin də qarşı tərəfə cavabı gecikməyib. O, Təranəyə cavabı ilə bağlı video yayıb. Rəqsanə Təranəni hədələyib:

"Rayon qızıydım. Rayondan çıxıb gəldim Bakıya. Qoy mən "madalyer" deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərdə bu gün camaat həsəd aparır ki, düşsünlər ora. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olardı. Gərək səni buraxmazdılar, çıxdın dilin uzandı. Elə etmə başqa şeylər edim.


Vaxtı ilə efirlərə çıxırdın, Fərid və Faiq Azayevlər barəsində deyirdin ki, "atandır". Ata dediyin insanların “qızları” səni həbs etdirib. Sən hansı vicdandan danışa bilərsən? Qəzaya düşmüşdün, qolusınıq halda qızımın adına nömrə açıb “odnoklassnik”ə qoydun. Hansı sevgilindən danışırsan? Hava limanında çalışan? İstəyirsən ki, onun atasına zəng vurub deyim ki, oğlunu yığışdır? Məni bu həddə çatdırma! Hansı sevgili? Onun həyat yoldaşı mənə “whatsapp”da gözyaşı axıdır.

Başımı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. özüm öz diskimi oğurladım səndən".
Oxşar xəbərlər
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət