Axtarış...

Maliyyə Bazarlarına Nəzarət Palatası “Original Motors"u cərimələyib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Original Motors"u cərimələyib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Original Motors MMC”yə inzibati qaydada cərimə yazıb.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilən müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Original Motors MMC”nin Sumqayıt Şəhər Məhkəməsinin qərarından verdiyi şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2012–ci ildə yaradılan "Original Motors tikinti, istehsal, logistika və digər fəaliyyət növləri ilə yanaşı, IVECO və CASE şirkətlərinin Azərbaycanda rəsmi dileridir.


Daha çox xəbər

Şərh yaz