Axtarış...

Sabiq baş həkimə cinayət işi açılıb - SƏBƏB

Sabiq baş həkimə cinayət işi açılıb - SƏBƏB

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Sabiq baş həkim barəsində aparılan ibtidai istintaq başa çataraq baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ələkbər Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.


Daha çox xəbər

Şərh yaz