Axtarış...

Putin nə üçün özü ilə hər yerə ağ fincan aparır? - MARAQLI FAKT ÜZƏ ÇIXDI/FOTO



Rusiya prezidenti Vladimir Putin zəhərlənməkdən qorxur.

Publika.az xəbər verir ki, prezident bu qorxusu səbəbilə şəxsi fincanını özü ilə hər yerə aparır.

Bu barədə Avrasiya və Qafqaz üzrə analitik Aleks Koçarov tvitterində yazıb. Analitik bildirib ki, Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində hər kəs təşkilatçılar tərəfindən qoyulan fincanlardan istifadə edib. Putin isə hər yerdə öz fincanında su içib.

Bu detal təkcə Koçarovun diqqətini çəkməyib. Sosial mediada da bir çox insan bu haqda fikirlərini paylaşıb. Kremlin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. Sözçü bildirib ki, Vladimir Putin çay vurğunudur. Buna görə də termosunu yanından ayırmır.



Şərh yaz