Axtarış...

Günəş şüalarındakı dəhşətli TƏHLÜKƏ: gündə ən çox nə qədər qalmaq olar?



"İstirahət zamanı içilən limonat və portağal şirəsi, o cümlədən günəş kremləri dəridə ləkələrə səbəb olur".

Medicina.az xəbər verir ki, bunu türkiyəli dermotoloq Mustafa Özdəmir bildirib.


Onun sözlərinə görə, günəşlənmə zamanı istifadə edilən makiyaj vasitələri - ətir, kolonya və rəngi tündləşdirən kremlər ləkələri dərinləşdirir.

"Yay mövsümündə ifrat dərəcədə portağal şirəsi, limon suyu, berqamotlu çay qəbul edilsə, ləkənin miqyası genişlənir. Aparılan son araşdırmalara görə, dəri xərçənginə başlıca səbəb məhz ultrabənövşəyi şüalardır.

Günəş işıqları dərimizdə müxtəlif infeksiyalara yol açan bakteriyaları və göbələkləri təsirsiz edir. Orqanizm üçün olduqca vacib olan D vitamini ilə təmin edir. Həmçinin günəş işığı allergik dərilərə yaxşı təsir edir. Lakin günəş altında çox qalmaq da olmaz. Çünkü ultrabənövşəyi şüaların ən böyük qaynağı günəşdir".

HƏDDİNDƏN ÇOX GÜNƏŞ D VİTAMİNİNİ YUYUR

Həkimin sözlərinə görə, günəşdən alınan ultrabənövşəyi şüalar dəridə dərin yanıqlara səbəb olur. Həmçinin ifrat qaralmaqdan doğan bir çox xəstəliklərlə də nəticələnir.

"Günəş altında çox qalan adamların hərəkətində nizamsızlıq olur. Günvurma halları yaranır. Günəş yanığı sızanaq və başqa dəri problemlərini də ardınca gətirir. Məsələn, isti aylarda günəş kremsiz 20 dəqiqədən çox günəşlənmək yanıqlara səbəb olur. 15-20 dəqiqə bəs edir. Daha çox günəş altında qalmaq isə tam əksinə D vitaminini yuyur".



Şərh yaz