Axtarış...

G20 liderləri İran ətrafındakı gərginlikdən narahatdır

G20 liderləri İran ətrafındakı gərginlikdən narahatdır

"Yaponiya Yaxın Şərq, o cümlədən İran ətrafındakı gərginliyi aradan qaldırmaq üçün töhfə verməyə hazırdır".

“Report”un xüsusi müxbiri xəbər verir ki, bu barədə baş nazir Sindzo Abe Osakada keçirilən G20 sammitinin yekun mətbuat konfransı zamanı bildirib.

Hökumət başçısı İran ətrafındakı vəziyyətə dair görüş zamanı bir çox iştirakçı tərəfindən fikir söyləndiyini, o cümlədən gəmilərə hücumlardan, pilotsuz uçuş aparatının vurulmasından narahatlıq ifadə olunduğunu diqqətə çatdırıb.

“Bu regionda gərginliyin artması narahatlıq yaradır”, - deyən baş nazir bu yaxınlarda İrana səfər edərək rəsmi şəxslərlə görüşlər keçirdiyini də xatırladıb.

Yaponiya baş naziri G20 sammiti iştirakçılarının da Yaxın Şərqdəki gərginliyin aradan qaldırılmasına dəstək verməyə hazır olduqlarını açıqladıqlarını qeyd edib: “Aİ və ABŞ ilə müsbət əlaqələri olan Yaponiya da əlindən gələni etməyə hazırdır”.



Şərh yaz