Axtarış...

"Həmin pulun 15 qatını almışam" - Pərvin məhkəmə ilə bağlı DANIŞDI

"Həmin pulun 15 qatını almışam" - Pərvin məhkəmə ilə bağlı DANIŞDI

Məşhur aktrisa Pərvin Abıyeva həmkarı Tunay Əliyeva ilə aralarında olan qalmaqaldan danışıb.

Redaktor.az xəbər verir ki, Pərvin Tunay Əliyeva ilə görüşə bilmədiyini deyib:

“O xanımla görüşə bilmədim. Görüşsəydim, soruşardım ki, mənimlə dərdin nədir? Neçə dəfə özünə söz göndərdim, hətta efirə də qoşulub soruşdum. Həyatda heç üz-üzə gəlməmişik. Salam-sağolumuz, ortaq dostlarımız belə yoxdur. Elə insanam ki, heç kəsə pisliyim dəyməyib. Mənə iyrənc sözlər deyib. Sonra da məhkəmədə bildirir ki, o mənada deməmişəm. İşi ilə bağlı demişəm ki, “min manatlıq”. Sən nə bilirsən ki, mən nə qədər qonorar alıram? Həmin pulun 15 qatını almışam. Sözünü demisən, arxasında da dur. Niyə danırsan? Bütün respublika da bilir ki, sən o sözü hansı məqsədlə demisən. Demisən, arxasında dur. Mən dediyimin arxasındayam. Aramızda olan məhkəmələr də başa çatdı. Bircə Ali Məhkəmənin qərarı qalıb. Ali Məhkəmədən sonra artıq hər şey bilinəcək. Bu günə qədər olan məhkəmələr mənim xeyrimə olub”.


Daha çox xəbər

Şərh yaz