Axtarış...

Ermənilər Zəngilanda stadion tikdi - “Bağça da inşa ediləcək, məktəb də!”

Ermənilər Zəngilanda stadion tikdi - “Bağça da inşa ediləcək, məktəb də!”

Bu günlərdə ermənilər Azərbaycanın işğal edilmiş rayonlarından biri olan Zəngilanda inşası başa çatdırılan stadionun açılışını həyata keçirib.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, əsasən kənd uşaqlarının idmanla məşğuliyyəti məqsədi ilə inşa edilən stadion erməni diasporunun qərbdən topladığı ianə hesabına tikilib. Yaxın gələcəkdə Zəngilanda məskunlaşan ermənilər üçün bağça, məktəb və s. müəssisələrin də tikilməsi planlaşdırılır. Həyata keçiriləcək layihələrin icrasına əssən ABŞ-da yerləşən bəzi fondların cəlb ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu, ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarında inşa etdiyi ilk idman obyekti deyil. Bundan öncə də erməni mediasında işğal edilmiş torpaqlarda müxtəlif idman müəssisə və obyektlərinin inşası ilə bağlı narahatverici məlumatlar yer alıb.


Daha çox xəbər

Şərh yaz