"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."

"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."

Azərbaycanda biznesin kreditləşmə səviyyəsi aşağı olaraq qalmaqdadır. Ölkənin Mərkəzi Bankının bu günlərdə yaydığı açıqlamaya görə, Azərbaycanda biznesin inkişafı üçün monetar şəraitin kifayət qədər əlverişli olduğu halda biznes aktivlik hələ də gözlənilən həddə çatmayıb.

Mərkəzi Bankın açıqlamasından aydın olur ki, iqtisadi aktivlik üçün monetar şərait mövcuddur: “May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6 faiz artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir”.

Lakin ölkədə biznesin kredit aktivliyi aşağı olaraq qalmaqdıdır. Üstəlik kredit portfelində azalma baş verir: “Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2.7 faiz azalıb”. Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hissəsi istifadəsiz qalıb: “Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır”.

Qurum etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: “Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir”.

Mərkəzi Bankın da açıqladığı kimi, ölkədə biznes kreditləşməsi getdikcə azalır. Aparılan müşahidələr göstərir ki, bu prosesi genişləndirən amillərdən biri bankların davranışlarıdır. Belə ki, bir sıra banklar nəinki öz vəsaitləri, hətta dövlətin ayırdığı vəsaitləri belə biznesə çatdırmaqda etibarlı tərəfdaş ola bilmirlər. Dövlət tərəfindən qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatı istehsalçılarına yönəldilən güzəştli vəsaitlərin ehtiyacı olan fermerlərə çatmasında ciddi problemlər qalmaqdadır.

Bu barədə “Yeni Müsavat”a müraciət edən Bərdə rayon Hacılar kənd sakini Əsgərov Sərxan Müzəffər oğlu məlumat verib: “65 baş iribuynuzlu mal-qaranın saxlanmasına imkan verən tövlə, yem saxlamaq üçün anbar, çoban evim, 5,16 sot torpağım var. Hamısının Dövlət Əmlak Komitəsindən çıxarışını almışam. Bundan əlavə, 5 hektar torpaq götürmüşəm icarəyə, bir yüngül minik və bir yük avtomobilim var. Mal-qara tövləsinin yanında qoyun üçün də tövlə tikmişəm, təsərrüfatımı böyütmək istəyirəm. Bir neçə həftə əvvəl Respublikabank-ın Bərdə rayon şöbəsinə müraciət etdim, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim. Mənə dedilər ki, kredit veriləcək. Lakin bir aydan sonra dedilər ki, sənədlərinizdə çatışmazlıq var, imtina edirik kredit verməkdən. Nə qədər təkid etsəm də, rəsmi imtina kağızını vermədilər. Bundan sonra AccsesBanka müraciət etdim. Onlardan da bir aya yaxın vaxt keçdikdən sonra mənə cavab gəldi ki, “xahiş edirik, qeyd olunan iradları aradan qaldıraraq təkrar müraciət edin”. Təsəvvür edin, bu iradların nədən ibarət olduğunu heç kim açıqlamır. Deyən yoxdur ki, sənədlərində filan çatışmazlıq var, onları düzəlt”...

Fermer bildirir ki, hər iki bankdan konkret imtina sənədi ala bilməyib: “Bundan sonra mən başqa bir banka müraciət etdim və onlar bütün sənədlərimin qaydasında olduğunu bildirərək kredit ayrılmasına dair qərar qəbul etdilər. Üzləşdiyim hal göstərir ki, dövlətin fermerlərə, sahibkarlara ayırdığı vəsaitləri banklar vətəndaşlara çatdırmırlar. Bu isə ölkə rəhbərliyinin özəl sektporun, xüsusilə də aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətə ziddir”.(“Yeni Müsavat”)
Oxşar xəbərlər
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət