"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı

"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı

Mövsümün sonunda "Keşlə"dən ayrılan Fuad Bayramov "Qəbələ"yə keçə bilər.

Bu barədə Qol.az-a futbolçu özü məlumat verib. 24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, əyalət klubu onun xidmətində maraqlıdır. Fuadın meneceri ilə əlaqə saxlayan "qırmızı-qaralar" futbolçunu baxışa çağırıb. Bayramov sabah "Qəbələ"nin düşərgəsinə yollanacaq.

Qeyd edək ki, "Qəbələ" sabahdan yeni mövsümün hazırlıqlarına start verəcək.
Oxşar xəbərlər
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət