Axtarış...

İrəvan məsuliyyətini dərk etmir - TƏHLİL

İrəvan məsuliyyətini dərk etmir - TƏHLİL
Ermənistanın bugünkü hakimiyyəti keçmiş hakimiyyət nümayəndələri kimi məsuliyyətlərinin nə dərəcədə böyük olduğunu dərk etmir.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri Tonoyanın cəbhədəki son olaylar barədə fərqli açıqlamalar verməsinə münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanın Müdafiə naziri David Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verməsi və bu əməliyyatı icra edən erməni hərbçilərə yüksək mükafat təqdim etməsi onu göstərir ki, dünya ictiamiyyəti Ermənistanı işğalçı dövlət kimi tanımalıdır:

“Mütləq şəkildə erməni müdafiə nazirinin açıqlamasına reaksiya verilməli, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfinin şəhid verməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat qəbul etməlidir. Cəbhədəki proseslərlə bağlı Sank-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyanın bir fikir, Müdafiə naziri David Tonoyanın başqa bir fikir söyləməsi isə onu göstərir ki, ölkədə strukturlar arasında çəkişmələr getdikcə daha böyük vüsət alır. Bu provokasiyaların arxasında xarici düşmən obrazı yaratmaqla daxili problemlərdən cəmiyyətin fikirini yayındırmaq durur. İyunun birindən Ermənistan prezidenti və baş naziri eyni anda tətilə çıxdı. Onlar Ermənistanın daxilində olan məsuliyyətdən boyun qaçırmaq üçün bunu etdilər. Təbii ki, Azərbaycan Ermənistanın provokasiyalarına adekvat və soyuqqanlı şəkildə cavab verəcək. Bu hadisələr göstərir ki, Cənubi Qafqazda istər Ermənistan, istərsə də 3-cü dövlət tərəfindən geosiyası vəziyyətin dəyişməsində və alovlanmasında maraqlı olan qüvvələr kifayət qədərdir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttindəki təxribatlara ölkə rəhbərliyinin hər hansı aidiyyətinin olmadığı bildirib. Lakin Ermənistanın Müdafiə naziri David Tonoyan isə Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini və bu əməliyyatı icra edən erməni hərbçilərə yüksək mükafat təqdim etdiyini söyləyib.


Daha çox xəbər

Şərh yaz