Xəzər dənizində partlayış : ölənlər var

Xəzər dənizində partlayış : ölənlər var
Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.
Bu barədə "Ren TV” məlumat yayıb.
"Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

"İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.
"RİA Novosti”nin "Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış "VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.
Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.
"Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə "Rosmorreçflot”dan bildiriblər.
Oxşar xəbərlər
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət