Axtarış...

Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi

Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdiBakıda ər arvadının boğazını kəsib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyat yoldaşı ailə münaqişəsi zəminində onun boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.



Şərh yaz