Axtarış...

Moldovada prezidentin səlahiyyətləri baş nazirə verildi

Moldovada prezidentin səlahiyyətləri baş nazirə verildiMoldovanın Konstitusiya Məhkəməsi baş nazir səlahiyyətlərini icra edən Pavel Filipə parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək üçün müvəqqəti olaraq prezident səlahiyyətlərinin verilməsinə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin rəsmi saytında məlumat dərc olunub.

Baş nazir səlahiyyətlərini icra edən Pavel Filip Moldova Respublikası prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Konstitusiya məhkəməsinə X çağırış parlamentinin ləğvi haqqındakı şəraitin mövcud olduğunu müəyyənləşdirmək üçün müraciət etməli, daha sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam verməlidir”, - Konstitusiya Məhkəməsindən bildirilib.



Şərh yaz