Axtarış...

Nüsrət Abdullayev: Bakı metrosunda təbii havalandırma sistemi də quraşdırılacaq

Nüsrət Abdullayev: Bakı metrosunda təbii havalandırma sistemi də quraşdırılacaq

Bu ilin martında "Bakı Metropoliteni" QSC-nin 7 ventilyatoru paytaxta gətirilib. Hazırda Bakı metrosunda iki ventilyator quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 4-də KİV-lərə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

N.Abdullayev “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında eyni parametrli daha iki havalandırma qurğusunun quraşdırılması məqsədilə hazırlıq işlərinə başlanıldığını vurğulayıb. Digər üç ventilyator “Nizami” və "Nəriman Nərimanov-Ulduz" stansiya və mənzil tunellərində quraşdırılacaq. Ventilyatorların 350-400 dərəcə yanğına dözümlülüyü var. Onların mühərriki və idarəetmə rəfləri də yanğına qarşı davamlıdır. “İlin sonunadək Bakı metrosunda 10 ventilyatorun dəyişdirilməsi planlaşdırılır. Bugünkü ventilyatorların havalandırma gücü 70 m3/saniyədir. Bundan əlavə, metroda təbii havalandırma sistemi də quraşdırmaq fikrimiz var. Bu sahədə də müəyyən işlər aparılır, tenderlər keçirilir. Avstriya şirkəti tenderin qalibi olub”, - deyə xidmət rəisi bildirib.


Daha çox xəbər

Şərh yaz