Axtarış...

Naxçıvan-Türkiyə sərhədində Azərbaycana aid TIR-ın vurulmasında Ermənistanın əli var - VİDEO

Naxçıvan-Türkiyə sərhədində Azərbaycana aid TIR-ın vurulmasında Ermənistanın əli var - VİDEO

Türkiyənin təhlükəsizlik qüvvələri ilin əvvəlindən bəri terrorçularla döyüşlərdə 57 itki verib. Bu itkilərin 6-ı İğdır bölgəsində qeydə alınıb.

Virtualaz.org xəbər verir ki, “Sözçü” yazarı Sayğı Öztürk bu məqama toxunur. Yazır ki, İğdırda PKK/PJAK terrorçuları ilə atışmalarda 6 əsgərin şəhid olması üzərində ayrıca dayanmaq lazımdır. Çünki terrorçuların İran, Azərbaycan və Ermənistanla həmsərhəd olan İğdır bölgəsində fəallaşmasının arxasında Ermənistanın dayandığı haqda məlumatlar var.

Müəllif xatırladır ki, 2016-cı ildə İğdırın İranla sərhəd ərazilərində minalar təmizlənib, əvəzində təhlükəsizlik hasarları çəkilib. Minalardan təmizlənən ərazilərin kənd təsərrüfatı üçün istifadə edilməsi nəzərdə tutulurdu, amma bu baş verməyib. Əvəzində sərhədin o tərəfində mənzillənən terrorçular təhlükəsizlik divarını özlərinə sipər edib, Türkiyə silahlı qüvvələri onların mövqelərinə atəş aça bilmir. Terrorçular isə minaların təmizlənməsindən istifadə edib İğdıra, oradan Ermənistana keçir.

İğdırla həmsərhəd İran kəndlərində kürdlər məskunlaşıb. Həmin bölgədə PKK-nın uzantısı olan PJAK yaraqlıları fəaliyyət göstərir. PKK İğdırdan insan alveri və narkotik qaçaqmalçılığı üçün istifadə edir. Və son vaxtlar terrorçuların həmin bölgədə fəallaşmasının arxasında Ermənistan xüsusi xidmət orqanlarının da dayandığı haqda məlumatlar var.

Sayğı Öztürk yazır ki, Naxçıvanda və İğdırda gözü olan ermənilər kürdlərin əli ilə hər cür təxribata əl atırlar. Ermənistandan yaraqlılar İrana keçir və oradan Türkiyə ilə həmsərhəd kəndlərə gedib PJAK-la iş birliyi qururlar. Müəllifin yazdığına görə bir neçə həftə əvvəl Türkiyənin Naxçıvanla sərhəd Dilucu gömrük-keçid mənqətəsini dayanacağında Azərbaycan dövlət nömrə nişanlı, yanacaq daşıyan TIR-a atəş açılmasının arxasında da Ermənistanın dayandığı haqda məlumatlar var. Çünki bu məntəqədən hər gün yüzlərlə TIR keçir və onların arasında məhz Azərbaycana aid TIR-ın İran tərəfdən atəşə tutulması təsadüfi deyil.

Müəllif xatırladır ki, PKK-nın Ermənistanda və Azərbaycanın işğal altında olan laçın-Kəlbəcər bölgəsində düşərgələrinin olduğu məlumdur.

Xatırladaq ki, Dilucu gömrük-keçid məntəqəsində Azərbaycana aid TIR-a atəş açılması nəticəsində avtomobil tamamilə yanıb. Türkiyə məqamları bu hadisənin terror hücumu olduğunu açıqlayıb.


Daha çox xəbər

Şərh yaz