Axtarış...

AQTA-da DƏYİŞİKLİK ANONSU... - Belə deyirlər...

AQTA-da DƏYİŞİKLİK ANONSU... - Belə deyirlər...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifələrində dəyişiklik ediləcəyi gözlənilir

AzFakt.com-un əldə etdiyi məlumata görə dövlət başçısının 2017-ci ildə imzaladığı fərmana əsasən yaradılan Qida Təhlükəsizliyi Agentliyinin strukturunda yaxın zamanlarda dəyişiklik ediləcək. Xəbərdə həmçinin Agentliyin rəhbər vəzifələrinə də yeni təyinatların ediləcəyi deyilir.

Məlumata görə AQTA-nın struktur və rəhbər dəyişikliyinin yaranmasına səbəb isə Agentliyin fəaliyyət istiqamətini düzgün qura bilməməsi, eyni zamanda bəzi sahibkarların qurumdan şikayətçi olmasıdır.

AzFakt.com AQTA-da baş verəcək rəhbər və struktur islahatlarıının detalları barədə də bəzi məlumatlar əldə edib. Belə ki, iddialara görə struktur dəyişikliyi zamanı AQTA-nın sədr müavinlərinin sayının biri ləğv edilərək 2-yə endiriləcək. Bunda əlavə hazırkı müavinlərdən 2-nin vəzifəsindən azad ediləcəyi, yeni müavin vəzifəsinə isə Respublikanın Baş Baytarlıq Müfəttişi Qalib Əbdüləliyevin təyin ediləcəyi, Baş Baytarlıq Müfəttişi vəzifəsinə isə Laçın rayonunun sabiq icra başçısı, hazırda Kənd Təsərrüfatı Nazirliyində çalışan Ramiz Cəbrayılovun gətiriləcəyi deyilir.

Qeyd edək ki, Qalib Əbdüləliyevin də ötən il AQTA-ya Kənd Təsərrüfatı Nazirliyindən gətirildiyi deyilir.

Məsələyə münasibət örgənmək üçün dəfələrlə AQTA mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaqda zənglərimizə cavab verilmədi.


Daha çox xəbər

Şərh yaz