Axtarış...

Hazard, Jiru, Emerson, Pedro

Hazard, Jiru, Emerson, Pedro

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər siyahısında Eden Hazard, Olivye Jiru, Emerson və Pedro (hamısı "Çelsi") yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Qeyd edək ki, "Çelsi" Bakı Olimpiya Stadionunda keçirilən finalda "Arsenal"a 4:1 hesabı ilə qalib gələrək Avroliqanın kubokunu qazanıb.



Şərh yaz