Axtarış...

Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb

Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb

Kürdəmir rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, rayon ərazisində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Şərh yaz